Güləş millimiz Göygöldə təlim-məşq toplanışındadı

Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb. Azərbaycan Güləş Federasiyasından Presssport.az-a verilən məlumata görə, yanvarın 7-də Göygöl Olimpiya İdman Kompleksində bir araya gələn yığma ayın 20-dək həmin məkanda hazırlıq keçəcək. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında gerçəkləşən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir. Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edirlər. Ümumilikdə hazırlıq prosesinə 46 güləşçi cəlb edilib. Onu da bildirək ki, toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC