Mbappe PSJ-dən gedəcəyini açıqladı, azarkeşlərə müraciət etdi: "Heç vaxt sizi aldatmamışam"

PSJ-nin futbolçusu Kilian Mbappe bu mövsümün sonunda klubdan gedəcək.

Presssport.az xəbər verir ki, bu barədə 25 yaşlı fransalı hücumçu sosial şəbəkə hesabında məlumat verib. 

Mbappe hazırkı klubu ilə bu mövsümün sonunda başa çatan müqavilənin müddətini yeniləməyəcəyini açıqlayıb. Belə ki, PSJ-dən ayrılmaq onun üçün çətin olsa da, yeni çağırış vaxtı olduğu qənaətindədi. 

Kilian Paris təmsilçisinin məşqçilərinə və azarkeşlərinə müraciət edib: “İlk növbədə komanda yoldaşlarıma və bütün məşqçilərimə - Unai Emeri, Tomas Tuhel, Maurisio Poçettino, Kristof Qaltye və Luis Enrikeyə təşəkkür etmək istəyirəm. Həmçinin idman direktorları Leonardo və Luis Kamposa məni həmişə dəstəklədikləri üçün minnətdaram. Pərdə arxasında qalan hər kəsə təşəkkür edirəm. Bu klubda hər kəs PSJ üçün əlindən gələni edir. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Başa düşürəm ki, ən yaxşı oyunçu deyiləm. Amma heç vaxt sizi aldatmamışam və həmişə ən yüksək səviyyədə oynamaq istəmişəm. Mövsümü kubokla başa vuracağıq. Həmişə ürəyimdə qalacaqsınız. Əlvida, Paris!”.

Xatırladaq ki, Mbappe 2018-ci ilin yayında “Monako”dan PSJ-yə transfer olunub. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda 255 qol vurub və 108 qol ötürməsi verib. Kilianın adı "Real"la hallanır.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC