Futbol üzrə amputant millimiz Türkiyə klubuyla birgə Qubada təlim-məşq toplanışına başlayıb

Azərbaycanın futbol üzrə amputant millisi Türkiyənin "ODTÜ Amputant" klubu ilə birlikdə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Presssport.az Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanış mayın 25-dək davam edəcək.

Toplanışa amputant millimizin 23 nəfərdən ibarət oyunçu və məşqçi heyəti ilə yanaşı, Türkiyə klubunun 9 futbolçusu qatılıb.

Onu da bildirək ki, amputant futbolçularımız iyunun 1-dən 8-dək Fransanın Evian şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. 16 komandanın mübarizə aparacağı yarışda dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü komandalar iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC