"Qarabağ"ın ÇL-dəki rəqibi cərimələnib

UEFA "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində rəqibi olmuş Zaqreb "Dinamo"su 50000 avro cərimələyib.

Presssport.az xəbər verir ki, buna səbəb Xorvatiya klubunun evdə Azərbaycan təmsilçisinə qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

Belə ki, meydan sahibləri "ictimai keçidlərin bağlanması"na görə 26000 avro ödəməli olacaq. "Dinamo" pirotexniki vasitələrdən istifadəyə görə isə 24000 avro ziyana düşüb.

Xatırladaq ki, həmin qarşılaşma Xorvatiya çempionunun qələbəsi ilə bitib - 3:0. Bakıda da qalib gələn zaqreblilər (2:0) Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC