Bölgə təmsilçisi ABŞ-dən olan daha bir oyunçunun keçidini həll edib

“Lənkəran” ABŞ-dən olan daha bir basketbolçunu heyətinə qatıb.

Presssport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Emanuel Littls ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı hücumçu daha əvvəl Avstriyanın “Fleyer Vels”, Bosniya və Herseqovinanın “Posusje” klublarının formasını geyinib.

Xatırladaq ki, cənub klubu buna qədər ABŞ-dən olan Qreqori Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb. Bundan başqa, Çınar Çakmak (Türkiyə) və yerli basketbolçular Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun da keçidi rəsmiləşib.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC