Daha bir millimiz UEFA-nın İnkişaf Turnirində iştirak edəcək

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.

Presssport.az xəbər verir ki, millimiz sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştirak edəcək.

U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Qarabağ"ın 10, "Sabah"ın isə 8 futbolçusu milliyə dəvət alıb.

U-15 millisinin heyəti: Bilal Hacıyev, Uğur Qurbanlı, Vaqif Nəbiyev, Ömər Fətəliyev, Roman Fərzəli, Əli Bəşirov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Oqtay Mehrəliyev, Arda Əzizli (hamısı "Qarabağ"), Murad Quluzadə, Əbubəkir Abdullayev, Vaqif Məmmədli, Cəfər Cəfərzadə, Nihad Hüseynzadə, Firdovsi Şeydayev, Xəzər Hüseynzadə, Rəvan Məmmədov, (hamısı "Sabah"), Tunar Əsgərzadə, Omər Kosayev, Hüseyn Mehralızadə (hamsı "Sumqayıt"), Rəşad Şirməmmədli ("Neftçi"), Nazim Əliyev ("Srvena Zvezda, Serbiya)

29 sentyabr
19:00. Belarus  – Azərbaycan
1 oktyabr
16:00. Azərbaycan  – Rusiya
4 oktyabr
17:00. Azərbaycan  – Qazaxıstan
Xatırladaq ki, U-15 qızlar yığmamız da Minskdə UEFA-nın İnkişaf Turnirində iştirak edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC