"Azarkeşlərimizə söz verdik ki, qarşıdakı matçlarda daha fərqli "Neftçi" görəcəksiniz" - Şinyaşiki

"Neftçi"nin legioneri Andre Şinyaşiki

Misli Premyer Liqasının VII urunun "Qarabağ"la görüşü haqda danışıb.

Presssport.az xəbər verir ki, braziliyalı hücumçu çox çətin matç olduğunu açıqlayıb: "Əvvəlcədən də bunu bilirdik. Çünki onlar güclü komandadı. "Qarabağ"a qarşı ürəkaçan, istədiyimiz kimi yaxşı oynaya bilmədik. Səbəb rəqibimizin çox güclü olmasıdı. Əfsuslar olsun ki, uduzduq. Bu matç geridə qaldı. Növbəti tura hazırlaşmalıyıq. Hamımız əlimizdən gələni edirik ki, vəziyyəti yaxşıya doğru dəyişək. "Neftçi"də elə oyunçu yoxdur ki, maksimumunu verməsin, canın qoymasın. Hər şey edirik. Sadəcə, dönüş edə bilmirik".

Şinyaşiki "Qarabağ"la görüşdən sonra "Neftçi"nin fanatları ilə nə haqda danışdıqlarını da söyləyib: "Onlara söz verdik ki, qarşıdakı matçlarda daha fərqli "Neftçi" görəcəksiniz. Çalışacağıq ki, qarşıdakı iki oyunda qələbə qazanaq. Belədə, həmin qələbələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Ümidvaram ki, hər şey istədiyimiz kimi də alınar".

Xatırladaqnko, "Neftçi" 7 turdan sonra qələbə üzünə həsrə qalaraq aktivindəki 4 xalla 9-cu pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC