Rəşad Sadıqov əcnəbi hakimlərin futbolumuza gəlişini dəstəklədi: "Cəmiyyətdə qəribə fikir formalaşıb ki...

“Zirə” Premyer Liqanın XXXV turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Presssport.az  xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir. Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi "Səbail"lə bundan da vacib oyun gözləyir.

- Əcnəbi VAR hakimlərinin Premyer Liqa oyunlarına təyinatını necə dəyərləndirirsiniz?

- Məsələ bizim hakimərin səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbiıərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu praktikanı Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC