Abasovdan "Sabah"a atmaca: "Bar-bar bağıran siz idiz ki, rəqiblər vaxt aparır, bu gün sizi yerdən yığışdırmaq olmurdu"

"Sumqayıt" Premyer Liqanın XXXV turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda danışmaqla başlayıb.

- "Qəbələ" ilə oyuna hazırlaşacağıq. Əlimizdən gələni etməyə çalışacağıq.

- Yenə "Sabah", yenə Murad Xaçayev səhv etdi. Sizcə, bu, təsadüfdür?

  • Neynəyək Xaçayevə? Əlbəttə, təsadüfd.ü Digərləri də səhv edir. Bir nəfərin üstünə düşmək düzgün olmaz. İnsanlardı da, robot deyillər ki...Canı sağ olsun.

- Oyunçu keyfiyyəti baxımından "Sabah"dan geri qaldığınızı düşünürsünüz?

- Hər oyunçuya verilən pul göz qabağındadır. Bizdə inkişaf etməyə çalışan futbolçular var. Amma rəqibin oyunçuları bu cür ajiotajı görüblər. Əlbəttə, fərq olacaq. Bu gün keyfiyyətdə uduzduq. İkinci hissədə rəqibi üstələdik. Onlar əks-hücumda oynamağa başladılar. İlk yarıda bunu etməli idik. Əfsuslar olsun ki, hücumçularımız bunun öhdəsindən gələ bilmədi. Hər şey normaldı. Futbolçularımı göstərdikləri əzmə görə təbrik edirəm.

- Yanvarda transferlərin olmaması bu gün özünü göstərir?

- Transferlə bağlı rəhbərlikdən soruşun. Artıq yoruldum. İndi transferdən danışmağı məqsədəuyğun saymıram. Komandanın avrokuboklar zonasında olması mənim, şəhərim üçün xoşdu. Heç nə itməyib. İtsə də, imkan vermərəm ki, kimsə futbolçularıma nəsə desin. Oyunun qırılma nöqtəsi Rövlanın zədələnməsi idi. Təlaşda olmalı deyilik.

- Abu Dossonun oyununu qiymətləndirərdiz…

- Sıfır.

- Ardıcıl 4-cü dəfədir səfərdə "Sabah"ı məğlub edə bilmirsiz. Bu, təsadüfdür?

- Bu gün bilirdim ki, nə qədər ajiotaj var. Bu, bizi Avropada da gözləyir. "Sabah"dan dala qalmadıq. Onların futbolçularına təəccüblənirəm. Bar-bar bağıran siz idiz ki, rəqiblər vaxt aparır, bu gün sizi yerdən yığışdırmaq olmurdu. Bilirəm deyəcəksiz ki, əcəb edirdilər. Olsun.

- Hakimlik barədə düşüncələriniz necədir?

- Bizi uşaq yerinə qoymayın. Hakim neynəsin? O da nəyəsə uymalıdır. Üç oyunun ikisinə xaricdən VAR hakimi gəldi, birinə yerli hakim verdilər ki, Tovuz uzaqdır. Bizi niyə Tovuza göndərirsiz bəs? "Sumqayıt"ı "dartırlar" və s. Bunun axırı var idi də. Biz bilirdik. Amma bu gün hakimə görə uduzmadıq. Hakim məsələsini atın kənara, hər şey bəllidir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC