Həndbol yığmamız Daşkənddə ardıcıl 3-cü qələbəsini qazanıb

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında 3-cü qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, yığmamız Qazaxıstanın ALMATA klubunu 28:20 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl keçirdiyi iki görüşdə də qələbə qazanıb. Komanda Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarını üstələyib.

Xatırladaq ki, qruplarda ilk 2 yeri tutacaq komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC