Baxşıyev Qəbələdən məğlub yola salındı - YENİLƏNİB

Bu gün Premyer Liqada XXXV tura yekun vurulub.

Presssport.az xəbər verir ki, 3 günü əhatə edən turun bağlanış matçı Qəbələdə baş tutub.

“Araz-Naxçıvan” bu mövsüm Premyer Liqanı tərk edəcəyi dəqiqləşən, ancaq son iki turda qələbə qazanan “Qəbələ”nin qonağı olub.

Bu görüş naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyev üçün xüsusi önəm daşıyıb. Belə ki, o, uzun müddət "Qəbələ"ni çalışdırıb və qış fasiləsindən sonra komandadan ayrılaraq əks düşərgəyə üz tutub. Bu gün isə 44 yaşlı mütəxəssis Qəbələyə rəqib kimi gəlib və keçmiş komandasından məğlubiyyət alıb. Bu, "Qəbələ"nin ardıcıl 3-cü qələbəsi olub.

19 may (bazar)

16:00. “Qəbələ” – “Araz Naxçıvan” - 1:0 (2-ci hissə)

QOL: O.Xalayla, 52

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ. Şəhər stadionu

"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.

Baş məşqçi: Kaxaber Tsxadadze.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui.

Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike.

Baş məşqçi: Elmar Baxşıyev.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC