"Sabah" "River Pleyt"ə uduzdu, Antalyada 4-cü oldu

Türkiyənin Antalya şəhərində keçirilən "Junior Worl Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-15 komandası turnirdə çıxışını başa vurub. 

Presssport.az xəbər verir ki, təmsilçisimiz qrup mərhələsində Almaniya çempionu "Herta"ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin "Başakşehir Kartal" (2:0) və Rusiyanın "Kosmos Moskva" (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. 

1/4 finalda Almaniyanın "Speyer 09" komandasına qalib gələn (1:0) "Sabah" yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu "River Pleyt"ə uduzub (1:3). Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın "Kuoh Foundation Academy" komandasına məğlub olub (0:1). 

"Sabah" 16 komandanın yarışdığı beynəlxalq turniri 4-cü pillədə başa vurub. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC