Naxçıvanda voleybol məşqçiləri üçün seminar keçirilib

Voleybol məşqçiləri üçün seminar keçirilib.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Aşağı yaş qrupu məşqçilərinin inkişafı” seminarı bu dəfə Naxçıvan Muxtar Respublikasında təşkil olunub.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminarda Naxçıvan Voleybol Federasiyasının (NVF) 40-a yaxın məşqçi-müəllimi iştirak edib. Nəzəri və praktiki hissədən ibarət olan seminarı FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçib. Sonda bütün iştirakçılara AVF-nin keçirəcəyi Level kateqoriyalı seminarlarda iştirak hüququ verən “İştirakçı Sertifikatı” təqdim olunub.

Onu da bildirək ki, məşqçi-müəllimlər üçün ilk belə seminar bu ilin mart ayında Gəncə şəhərində keçirilib. Növbəti seminar isə Bakıda təşkil olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC