Fudokançılarımız Avropa çempionatında yüksək nəticələr əldə edib

Sloveniyanın Podcetrtek şəhərində fudokan üzrə XXVII Avropa çempionatı, uşaqlar arasında Avropa Kuboku başa çatıb.

Presssport.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionat və kubokda iştirak edən federasiyanın ənənəvi karate üslubu fudokan üzrə komandası uğurlu nəticələr qazanıb. Belə ki, uşaqlar arasında Məmmədli Mövlan qızıl, Məmmədli Mənsumə bürünc medal qazanıb. Yeniyetmələr arasında Mahmudlu Leyla və Qafarlı Rəşidə bürünc medala sahib olub. Gənclər arasında İbrahimli İsmayıl və Behbudzadə Şəhriyar isə bürünc medal əldə edib. 

Böyüklər arasında Həsənov Vahid və Heydərzadə Kamran qızıl medal qazanıb.

Dünya Fudokan Feserasiyası tərəfindən Azərbaycan üzrə rəsmi nümayəndə Vüsal Abdullazadəyə fudokanın karatenin dünyada inkişafına verdiyi töhfələrə görə təşəkkür diplomu təqdim olunub.

Komanda yarışa Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Dünya Fudokan Federasiyasının (ənənəvi karate üslubu) Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və nümayəndəliyin vitse-prezidenti Aqil Soltanovun rəhbərliyi altında yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC