Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib

Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, bu gün Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikas Atçılıq Federasiyasının (ARAF)  rəsmiləri ilə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

ARAF-ın prezidenti Elçin Quliyev Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğatında böyük rol oynayacağını bildirib.

Qayıbov çıxışında idmançılara uğurlar arzulayraq, Binə Atçılıq Mərkəzinin yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsinin çox sevindirici olduğunu diqqətə çatdırıb. Ardındab yarış iştirakçılarının paradı nümayiş olunub. İdmançılar musiqi sədaları altında tribunaların qarşısından keçib.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ardınca müxtəlif uşaq və yeniyetmə qruplarının rəqs və çalğı ansamblı öz bacarıqlarını nümayiş etdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC