Minifutbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək - təqdimat mərasimi keçirilib

2025-ci ildə minifutbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Presssport.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının müraciəti müsbət cavablandırılıb. 

"Bakı-2025"lə bağlı təşkil olunan mərasimdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, Dünya Minifutbol Federiyasının prezidenti Filip Juda iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca 2023-cü ilin noyabrında Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin videoçarxı nümayiş olunub. Məmmədov, Qayıbov və Judaya çıxışlarında ölkəmizdə minifutbolun inkişafından və bu idman növünə dövlət səviyyəsində göstərilən diqqərdən söz açıb.
Çıxışlardan sonra minifutbol qurumlarının rəhbərləri anlaşma memorandumunu imzalayıb. Judaya xatirə hədiyyəsi olaraq minifutbol üzrə Azərbaycan yığmasının forması təqdim olunub.

Onu da bildirək ki, dünya çempionatının oyunları Milli Gimnastika Arenasında təşkil olunacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC