Juda dünya çempionatının Azərbaycana verilməsinin səbəbini açıqlayıb

“Dünya çempionatının Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldı. Azərbaycanda minifutbolun inkişafı üçün çox müasir infrastruktur yaradılıb”. Presssport.az xəbər verir ki, bunu 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat mərasiminin ardından jurnalistlərə açıqlamasında Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda deyib.

O, Azərbaycan Minifutbol Federasiyasının yaradılmasından bu yana çox işlər görüldüyünü diqqətə çəkib: "İnanırıq ki, gələcəldə digər ölkələr də sizə baxıb gördüyünüz işlərdən bəhrələnəcək. Azərbaycan Minifutbol Federasiyası 7 ildir dayanmadan səylə çalışır. Bunun uğurlu nəticəsi olaraq bu turniri Azərbaycana həvalə etdik".

Judanın szölərinə görə, mundialın Bakıda keçiriləcəyindən çox məmnundurlar: "Azərbaycana və insanlarınıza çox böyük rəğbətimiz var. İnanırıq ki, minifutbol üzrə dünya çempionatından sonra Azərbaycan qazanan tərəf olacaq. Digər ölkələrə də öz təcrübəsindən verəcək və bu idman növü bir qədər də böyüyəcək, təbliğatı geniş vüsat alacaq".


 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC