Bu gün I Liqada çempion müəyyənləşir

Bu gün I Liqada 2023/24 mövsümünə yekun vurulacaq.

Presssport.az xəbər verir ki, çempion komanda məhz sonuncu - XXVII turda bəlli olacaq.

Lider "Şamaxı"nın çempionatı 1-ci yerdə bitirmək şansı daha çoxdu. Çünki Ramiz Məmmədovun komandası son pillənin sahibi, II Liqaya düşən "Araz Saatlı"nı qəbul edəcək.

İkinci pillədə qərarlaşan və "Şamaxı"dan 1 xal geri qalan "Qaradağ-Lökbatan" isə "Mingəçevir"in qonağı olacaq. 

Göründüyü kimi, "Şamaxı"ya çempionluq üçün qələbə kifayətdirsə, "Qaradağ-Lökbatan" qalib gəlməklə yanaşı, liderin büdrəməsini də gözləməlidi.

Onu da bildirək ki, bütün oyunlar eyni vaxtda - saat 16:00-da start götürəcək. Turun 4 görüşü Peşəkar Futbol Liqasının “YouTube” kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, reqlamentə əsasən I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada çıxış etməlidi. Keçən mövsüm Premyer Liqada son pilləni tutaraq I Liqaya düşən məhz “Şamaxı” olmuşdu.

22 may (çərşənbə)

16:00. MOİK – “İmişli”

Binə qəsəbə stadionu

16:00. “Şamaxı” – “Araz Saatlı”

Şamaxı şəhər stadionu (PFL TV/canlı)

16:00. "Mingəçevir” – “Qaradağ Lökbatan”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

16:00. “İrəvan” – “Karvan”

“ASK Arena” (PFL TV/canlı)

16:00. “Difai Ağsu” – “Zaqatala”

Ağsu şəhər stadionu (PFL TV/canlı)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC