"Bayer" Avroliqanın finalında da sevinəcək?

Avropa Liqasında 2023/24 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Presssport.az xəbər verir ki, turnirin final matçında Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları üz-üzə gələcək.

İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçiriləcək matçın start fiti saat 23:00-da səsləndiriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Avropada bu mövsüm tək məğlubedilməz komandası olan Bundesliqanın yeni çempioni “Bayer” turnirdə həm qrupda, həm də 1/8 finalda “Qarabağ”la görüşüb.

Avropa Liqası

Final

22 may 

23:00. "Atalanta" (İtaliya) - "Bayer" (Almaniya)

Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).

VAR: Pol van Bökel (Niderland).

"Dublin Arena" stadionu

Xatırladaq ki, Avropa Liqasının son qalibi İspaniyanın "Sevilya" klubu olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC