Millimiz Çimkəndə təlim-məşq toplanışına gedib

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb.

Presssport.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbua xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edəcək.

Məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artırmaq üçün çalışacaq.

Qazaxıstan millisi ilə bu gün başlayacaq birgə toplanış mayın 31-də yekunlaşacaq.

Onu da bildirək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC