İstanbuldakı bu stadion Avropa və Konfrans Liqasının finallarını qəbul edəcək

2025/26 mövsüm Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhər müəyyənləşib. 

Presssport.az xəbər verir ki, UEFA bunu  Macarıstanın paytaxtı Budapeşt olduğunu açıqlayıb. Oyun 67 889 tamaşaçı tutumuna malik “Puşkas Arena”da keçiriləcək. Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin Dublində təşkil olunan bugünkü iclasında qəbul olunub.

ÇL-in 2026/27 mövsümünün final oyununun yeri ilə bağlı qərar isə sentyabradək təxirə salınıb. Həmin vaxta qədər Milandakı (İtaliya) "San Siro" stadionunun yenidən qurulması planları UEFA-ya təqdim olunmalıdı.

Bundan başqa, 2026-cı ildə Avropa Liqasının finalı İstanbulda ("Beşiktaş Park"), 2027-ci ildə Frankfurtda ("Doyçe Bank Park") keçiriləcək.

Konfrans Liqasının finalı isə 2026-cı ildə "Leyptsiq RB Arena"da (Almaniya), 2027-ci ildə İstanbulda ("Beşiktaş Park") olacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC