I Liqada çempion son turda müəyyənləşdi

Bu gün I Liqada 2023/24 mövsümünə yekun vurulub.

Presssport.az xəbər verir ki, çempion komanda məhz sonuncu - XXVII turda bəlli olub.

Lider "Şamaxı"ı autsayder "Araz Saatlı"nı evdə 3:1 hesabı ilə məğlub edərək xallarının sayını 57-yə çatdırıb. Bununla da komanda 2-ci yerdəki "Qaradağ Lökbatan"ı 3 xal qabaqlayaraq çempion olub. Beləliklə, "Şamaxı" növbəti mövsüm yenidən Premyer Liqada oynamaq hüququ əldə edib. 

Bu komanda 2022/23 mövsümündə də Premyer Liqada oynayıb.

22 may (çərşənbə)

16:00. MOİK – “İmişli” - 2:1

Qollar: Ramil Orucov, 32, Nihad Qurbanlı, 83 - Maksud Ələkbərov, 39

Binə qəsəbə stadionu

16:00. “Şamaxı” – “Araz Saatlı” - 3:1

Qollar: Davud Mahmudov, 9-öz qapısına, Bəhruz Teymurov, 57, Emin Zamanov, 90+6-pen. - Abdulla Seydəhmədov, 61-öz qapısına

Şamaxı şəhər stadionu (PFL TV/canlı)

16:00. “Mingəçevir” – “Qaradağ Lökbatan” - 2:2 

Qollar: Elvin Əlizadə, 57, 90+5 - Xəlil Bəşirov, 11, Mehdi Tahirov, 27

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

16:00. “İrəvan” – “Karvan” - 3:8

Qollar: Vüsal Əsgərov, 19-pen; Fərid Kərimzadə, 45, 67 - Peter Kinqs, 9, 78, Emil Qasımov, 24, 40, 48, Ruslan Süleymanov, 28, İsmael Sanoqo, 80, 88

“ASK Arena” (PFL TV/canlı)

16:00. “Difai Ağsu” – “Zaqatala” - 1:1 

Qollar: Kamil Hüseynov, 87 - İbrahim Qədirzadə, 82

Ağsu şəhər stadionu (PFL TV/canlı)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC