U-23 millimiz Bakıda Avropa çempionu olub

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Presssport.a xəbər verir ki, U-23 millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. 

Türkiyə 135 xalla 3-cü yeri tutub.

Onu da bildirək ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC