"Atalanta" Avropa Liqasının qalibi oldu - ilk dəfə

Avropa Liqasında 2023/24 mövsümünün qalibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında Almaniyanın "Bayer" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlib.

Görüşdə böyükhesablı qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olub.

Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.

Xatırladaq ki, “Qarabağ”la Avroliqanın həm qrupunda, həm də 1/8 final mərhələsində görüşmüş “Bayer” cari mövsümdə bütün turnirlərdə uduzmayan yeganə Avropa klubu idi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC