Lunyov Rusiyanın daha bir klubunun maraq dairəsində - 4 namizəddən biridi

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın daha bir klubunun maraq dairəsinə düşüb.

Presssport.az xəbər verir ki, bu mövsüm Rusiya I Divizionunda mübarizə aparan və 2025/26 mövsümündən Premyer Liqaya qayıdan “Ximki” 32 yaşlı qolkiperi transfer siyahısına daxil edib.

Belə ki, Andrey Rusiya klubunun transfer etmək istədiyi 4 qapıçıdan biridi. 

Daha əvvəl isə Rusiya mətbuatı Lunyovun sabiq klubu “Zenit”in, habelə Moskva "Dinamo”sunun maraq dairəsində olması haqda yazmışdı.

Xatırladaq ki, Andreyin “Qarabağ”la müqaviləsi bu yay başa çatacaq. Tərəflər yeni müqaviləylə danışıqlar mərhələsindədi və yaxın vaxtda 2 illik anlaşma imzalanacağı gözlənilir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC