Azərbaycanın Skidanı yenə qızıl medal qazanıb

Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarında Azərbaycan idmançısı qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb.

Atletimiz 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Skidan bir neçə gün öncə Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da qızıl medal qazanmışdı.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC