"Qarabağ"ın 3 futbolçusu Avropa Liqasında ön sıralarda

"Qarabağ"ın 3 futbolçusu Avropa Liqasında 2023/24 mövsümünün yekun statistik göstəricilərinə görə ön sıralarda qərarlaşıb.

Presssport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun legioneri Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü pillələri bölüşdürür. Braziliyalı forvard "çərçivə"yə dəqiq zərbələrə (11) görə 5-7-ci sıralarda yer alıb.

Ağdam klubunun digər braziliyalısı Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan 2-ci oyunçudu. Yarımmüdafiəçisi yarış ərzində 28 dəfə buna müvəffəq olaraq yalnız "Marsel"in müdafiəçisi Leonardi Balerdidən (31) geri qalıb.

Azərbaycan çempionunun qapıçısı Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) 2-ci yerdədi. Rusiyalı qolkiperi təkcə "Roma"nın qolkiperi Mile Svilar (54) qabaqlayıb.

Xatırladaq ki, Qurban Qurbanovun komandası turnirdə 1/8 finaladək irəliləyərək gələcək finalçı "Bayer" tərəfindən dayandırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC