Daha bir cüdoçumuz dünya çempionu oldu

Bu gü  -100 kq çəki dərəcəsində dünya reytinqində 5-ci olan Zelim Kotsoyev Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, Azərbaycan cüdo məktəbinin fəxri yetirməsi olan 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib. 

Zelimin rəqibləri arasında Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu ispaniyalı Nikoloz Şerazadişvili də olub. Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək dünya mempionu titulunu qazanıb.

Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub. Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdü.

Xatırladaq ki, hazırkı dünya çempionatında bunadək digər cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanmışdı.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC