Bu gün Region Liqasının qalibi müəyyənləşir

AFFA-nın keçirdiyi Region Liqasında bu gün final matçı keçiriləcək.

Presssport.az xəbər verir ki, turnirin qalibi Şamaxıda müəyyənləşəcək.

Belə ki, şəhər stadionunda saat 16:00-da Bakı “Hypers”i Xaçmaz “Şimal”ı görüşəcək. Qalib komanda növbəti mövsümdə II Liqada iştirak etmək hüququ qazanacaq.

Finalçılar yarışın debütantıdı və ilkin mərhələdə bir qrupda mübarizə aparıb. Onların həmin mərhələdə görüşlərində qalib müəyyənləşməyib - Bakıda 2:2, Siyəzəndə 1:1. “Hypers”i 1 xal qabaqlayan “Şimal” yekunda qrup qalibi olub və turniri məğlubiyyətsiz keçirən yeganə komandadı.

Onu da bildirək ki, “Hypers”in baş məşqçisi millimizin sabiq futbolçusu Vüqar Nadirovdu. “Şimal”ı çalışdıran Tural Cəlilov isə keçən mövsüm “Qusar”ın oynayan məşqçisi kimi Region Liqasını qazanıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC