"Hidayət qızıl medalını mənə göstərib "sən də bunu bacara bilərsən" dedi" - dünya çempionu olan cüdoçumuz

“Ötən il Avropa çempionatının qalibi olmuşdum. Bu dəfə dünya çempionatında bayrağımızın dalğalandırılmasına və himnimizin səsləndirilməsinə nail oldum. Emosiyalara gəlincə, sözün düzü, bir qədər inanılmazdı. Amma çox xoşbəxtəm”.

Presssport.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ölkəmiz üçün qızıl medal qazandığına görə çox şad olduğunu deyib: "2016-cı ildən Azərbaycandayam. Ölkənin bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əlimdən gələni edirəm. Olimpiadada da fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəm. Həmişə dünya çempionu olmaq arzusu ilə yaşamışam. Mundialda iki dəfə 3-cü yeri tutmuşdum. Şəxsi məşqçim Elxan Məmmədov bu turnirə kimi Azərbaycanın yeganə dünya çempionu idi. O, həmişə mənə deyirdi ki, sən də bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et. Hidayət Heydərov dünya çempionu olandan sonra yanıma gəldi və qızıl medalını göstərib "sən də bunu bacara bilərsən" dedi. O, mənə Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram”dakı təbrik paylaşımını da göstərdi. Bütün bunlar mənə xüsusi motivasiya verdi".

Kotsoyev Azərbaycan Cüdo Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkürünü çatdırıb: “Onların dəstəyini həmişə hiss edirik. Biz böyük bir ailəyik. O Məşqçilərə, həkimlərə və masayçılara da minnətdarlığı bildirirəm. Bu uğurda onların da zəhməti var. Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm”.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC