"Milan" da baş məşqçisini istefaya göndərdi

İtaliya A Seriyasında mövsümün bitməsinə bir tur qalmış növbəti baş məşqçi istefası gerçəkləşib.

Presssport.az xəbər verir ki, "Milan" Stefano Pioli ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı italiyalı mütəxəssisin gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Piolo 2019-cu ilin oktyabrından "Milan"ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 1 dəfə İtaliya çempionu olub. "Rossonerilər" bu mövsüm isə çempio "İnter"dən 19 xal geri qalır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC