Region Liqasının qalibi oyunsonrası penaltilər seriyasında bəlli oldu

AFFA Region Liqasında 2023/24 mövsümünə yekun vurulub.

Presssport.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı final matçında "Hypers" və "Şimal" üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında paytaxt klubundan daha dəqiq olan Xaçmaz təmsilçisi çempion olub.

Bununla da "Şimal" həm növbəti mövsüm II Liqada mübarizə aparacaq, həm də bu il UEFA Region Liqasında ölkəmizi təmsil edəcək. "Hypers" isə II Liqaya yüksəlmək üçün “Şəfa”yla pley-off matçı keçirəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC