Şahmat veteranlarına təşəkkürnamə və pul mükafatı təqdim olunub

Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti konfransı keçirilib. 

Presssport.az xəbər verir ki, qurumun büdcəsi təsdiqlənib.

AŞF-nin I vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 2023-cü il üzrə büdcə hesabatı dinlənilib və təsdiq olunub. Cari ilin büdcəsi də müzakirə olunaraq qəbul edilib.

Qurumun nəzdində fəaliyyət göstərən Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Qadın və Sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb.

AŞF-nin prezidenti Mahir Məmmədov şahmat veteranlarının təqaüd proqramı barədə məlumat verib. O, Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Gennadi Qelman və Elmira Əliyevanı yubiley münasibəti ilə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC