Kubokun finalı üçün ödənişsiz nəqliyyat vasitələri ayrılacaq

"Qarabağ" və “Zirə” arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.

Presssport.az PFL-in saytına istinadən xəbər verir ki, oyun günü - iyunun 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.

“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq. Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək. 

Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC