Mahmudov sabah "Sabah"a qarşı oynayacaq?

"Neftçi" Premyer Liqanın son turunda “Neftçi Arena”da “Sabah”la sabahkı qarşılaşma öncəsi son durumu açıqlayıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"da yalnız bərpa prosesi keçən qapıçı Emil Balayev bu matçı buraxmalı olacaq. Komanda ilə məşqləri bərpa edən kapitan Emin Mahmudovun meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək. Bu yerdə bildirək ki, 32 yaşlı yarımmüdafiəçi son 5 matçda oynamayıb. 

Xatırladaq ki, "Neftçi" - "Sabah" qarşılaşması saat 19:00-da start götürəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC