Premyer Liqanın son turunda niderlandlı və belçikalı hakimlər olacaq

Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI turun növbəti təyinatları bəlli olub.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bugünkü üç qarşılaşmaya əcnəbi VAR hakimləri təyinat alıb.

“Zirə” – "Səbail" matçında belçikalı Natan Verbumen, "Neftçi" – “Sabah” görüşündə niderlandlı Kley Ruperti, "Sumqayıt" – “Qəbələ” duelində isə onun həmyerlisi Ervin Blank iş başında olacaq. Bu oyunlar Premyer Liqamızın gümüş ilə bürünc medalçılarını və bununla da avrokuboklara növbəti vəsiqələri müəyyənləşdirəcək. 

25 may (şənbə)

19:00. Zirə” – "Səbail"

VAR: Natan Verbumen

AVAR: Kamran Bayramov

19:00. "Neftçi" – “Sabah

VAR: Kley Ruperti

AVAR: Vüsal Məmmədov

19:00. "Sumqayıt" – “Qəbələ

VAR: Ervin Blank

AVAR: Eyyub İbrahimov

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC