"Sumqayıt"da 3 itki: "Toyundan sonrakı məşqə gəldi, yoxladılar ki, oynaya bilərmi, gördük ki..."

"Sumqayıt" Premyer Liqanın son turunda evdə "Qəbələ" ilə avrokuboklara vəsiqə verəcək vacib görüşə itkilərlə çıxacaq.

Bunu Presssport.az-a açıqlamasında Sumqayıt klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

O, vitse-kapitan olan təcrübəli müdafiəçi Elvin Bədəlovun cəza səbəbindən görüşü buraxacağını deyib: “Bədəlov çempionatda 4-cü ”sarı"ya görə vərəqə limitini aşıb və bu üzdən oynaya bilməyəcək. Zədəlilərə gəlincə, mövsümü erkən bitirməli olan şimali makedoniyalı legionerimiz Kristian Velinovski son 2-3 məşqdə komandayla hazırlıqda iştrak etsə də, hələ tam hazır deyil. Yəqin, yay təlim-məşq toplanışında tam gücüylə məşq edər. Onun klubla hələ 1 illik müqaviləsi var. Rövlan Muradov da son turda meydana çıxa bilməyəcək. Rövlanın "Sabah"la oyunda ayağı burxuldu, topuğu şişib. Toyundan sonrakı məşqə gəldi, yoxladılar ki, oynaya bilərmi, gördük ki, ağrıları var, oynamağı heç cür alınmır. Dünən sonuncu məşqdə də iştirak etmədi və zədə üzündən keçmiş komandasıyla görüşü buraxmalı olacaq".

Xatırladaq ki,, "Sumqayıt" - "Qəbələ" qarşılaşması bu gün saat 19:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC