Bütün medalçılar müəyyənləşdi, "Neftçi" Avropadan kənarda qaldı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start verilib.

Presssport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib və turnir cədvəli baxımından əhəmiyyətli olduğundan eyni vaxtda başlayıb. 

Həmin görüşlərdən sonra cari çempionatda bütün medalçılar - gümüş və bürünc mükafatçılar da müəyyənləşib. Hər 3 matçda minimal hesablı qələbələr qeydə alınıb. Nəticədə "Zirə" gümüş, "Sabah" bürünc medalçı olub. "Sumqayıt" 4-cü yerlə avrokuboklara yollanıb. "Neftçi" isə 5-ci pilləyə düşərək avrokuboklardan kənarda qalıb. "Zirə" kubokun finalının nəticəsindən asılı olmayaraq Avropa Liqasına yollanıb 

Mövsümə sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

Xatırladaq ki, “Qarabağ” çempionluğu son dövrənin ilk turunda rəsmiləşdirib. 

25 may (şənbə)

19:00. “Zirə” - “Səbail” - 1:0

QOL: Qismət Alıyev, 57

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

VAR: Natan Verbumen (Belçika)

AVAR: Kamran Bayramov

Bakı. Zirə İdman Kompleksinin stadionu

Cari çempionatdakı matçlar - 2:1, 2:2, 0:0

19:00. “Neftçi” - “Sabah” - 0:1 

QOL: Namiq Ələsgərov, 86

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

VAR: Kley Ruperti (Niderland)

AVAR: Vüsal Məmmədov

Bakı. “Neftçi Arena” stadionu

Cari çempionatdakı matçlar - 1:1, 0:1, 0:0

19:00. “Sumqayıt” - “Qəbələ” - 1:0

QOL: Erik Sorqa, 52

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

VAR: Ervin Blank (Niderland)

AVAR: Eyyub İbrahimov

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Cari çempionatdakı matçlar - 2:1, 0:0, 1:0
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC