9 futbolçu "radar"a düşüb

Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI turu 9 futbolçu cəza üzündın buraxacaq.

Presssport.az xəbər verir ki, ən çox belə problemi olan “Kəpəz”di.

Belə ki, Gəncə klubunun 4 futbolçusu - braziliyalı Junior Martins, Şakir Seyidov, Vüsal Məsimov və Elmir Tağıyev “Turan Tovuz”la səfər matçını buraxmalı olacaq. İlk 2 futbolçu qırmızı vərəqəyə görə mövsümü erkən başa vurmalı olubsa, sonrakı 2-si vərəqə limitini aşmalarının cəzasını çəkəcək. 

“Turan Tovuz”la "Sabah"da da “qırmızı”ya görə mövsümü tez bitirməli olan legionerlər var. Bu, müvafiq olaraq panamalı Roderik Millerlə gürcü Davit Volkovdu. 

“Səbail”də portuqaliyalı Pedro Nuno vərəqə limitini aşdığına görə “Zirə”ylə səfər görüşündə iştirak etməyəcək. “Sumqayıt”da Elvin Bədəlov həmin problemə görə “Qəbələ”ylə, “Araz-Naxçıvan”da isə qanalı Mohammed Kadiri “Qarabağ”la ev matçında heyətdə olmayacaq. 

Onu da bildirək ki. Martinslə Milllerin hələ 1 oyunluq cəzaları qalacaq və növbəti çempionatımızda iştirak edərlərsə, ilk turu buraxmalı olacaqlar. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC