Şahin Diniyev: "Hər şeyi məndən öyrənin, "sarı mətbuat"dan yox, balalarımın canına and olsun ki..."

“Səbail” Premyer Liqanın XXXVI turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda düşüncələrini bölüşməklə başlayıb. 

- Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi. Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. Bərabərlik qolunu vurmaq alınmadı. "Zirə"ni təbrik edirəm. Hər şeyi məndən öyrənin, "sarı mətbuat"dan yox. İllərdir futbolun içindəyəm, hamını tanıyıram.

- Belə xəbərlər var idi ki, bu oyunda qələbə qazanmaq üçün sizə pul təklif olunub. Bu, nə dərəcədə doğrudur?

- Elə şey olmayıb. Balalarımın canına and olsun ki, belə bir şey yoxdu. Biz olan yerdə ola da bilməz.

- Mətbuat konfransına gecikməyinizin səbəbi nədir?

- Komandanın sponsoru Rauf müəllim gəlmişdi. Onu orda qoyub çıxmaq düz olmazdı.

- Vərəqələrin çox olmasının səbəbi nədi?

- 9-cu dəqiqədə 2 sarı vərəqə var idi, hər şey aydındı. Həkimlərə təşəkkür edirəm. Deməzdim ki, komandamda intizamsızlıq var. Avropada ilk epizodda heç vaxt sarı vərəqə vermirlər. Belə olanda futbolçu mübarizədən çəkinir.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC