Abasov Konfrans Liqasının dadını çıxaracaq: "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb"

"Sumqayıt" Premyer Liqanın XXVI turunda doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. 

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasobv matçdan sonra keçirilən mətbuat konfransına qarşılaşmanı dəyərləndirməklə başlayıb.

- Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdı. Sumqayıt futbol şəhəridi. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu.

- Avrokuboklarda hədəfiniz nə olacaq?

- İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdı. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq.

- Sizi göndərən "Neftçi" artıq avrokuboklardan kənarda qalıb. Onların düşdüyü durum haqda nə düşünürsünüz?

- "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orda dostlarım çoxdu. Daha yaxşı, daha güclü "Neftçi" olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsin.

- Bəlkə həmin layihədə çatışmayan Samir Abasovdu?

- Samir Abasov "Sumqayıt"ın baş məşqçisidi. Fikirləşirəm ki, "Neftçi"yə lazım deyiləm. Zaur Əzizov dedi ki, səninlə müqavilə bağlamırıq, Avropa səviyyəli məşqçi istəyirik. Düşünürəm ki, "Neftçi"yə daha səviyyəli məşqçilər lazımdı.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC