Ozobiç üzr istədi: "Bilirəm ki, bu, azarkeşlərə heç nə verməyəcək, amma yenə də...."

"Neftçi"nin futbolçusu Filip Ozobiç “Sabah”a uduzaraq avrokuboklardn kənarda qaldıqları oyundan sonra jurnalistlərə açıqlama verib.

Presssport.a xəbər verir ki, millimizin üzvü bu uğursuz nəticəyə görə üzrxahlığını edib: “Sadəcə onu demək istəyirəm ki, azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, bu, onlara heç nə verməyəcək, amma yenə də onlardan üzr istəyirəm. Bu futboldu, hər şey ola bilər. Çox danışmaq istəmirəm. Ancaq azarkeşlərə üzrxahlığımı çatdırmaq istəyirəm”.

Xatırladaq ki, “Neftçi” Premyer Liqanın son turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq mövsümü 5-ci yerdə başa vurub və bununla da avrokuboklardan kənarda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC