"Hansısa fikirlərə görə klubun imicini aşağı salmağa ehtiyac yoxdu, bizə qarşı o qədər təxribatlar olub" - Qurban Qurbanov

"Qarabağ" Premyer Liqanın son turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- Futbolçularımı təbrik edirəm. Bir neçə həftə öncə çempionluğu təmin etməyimizə baxmayaraq, kuboku bu gün əldə edəcəklər. Hamı bu anı səbirsizliklə gözləyir. Elə futbolçular var ki, ilk dəfədir çempion olur. Oyun sakit keçdi. Hər iki komandanın oyunçuları centilmencəsinə oynadı. Bu, mənim üçün xoş oldu. Elmar Baxşıyevə uğurlar arzulayıram.

- Bir həftə sonra kubokun finalı var. Bu oyun haqda fikirləriniz necədi?

- Bəlkə futbolçular daha çox istirahət etmək istəyərdi. Amma onların hər biri peşəkardı. Titulların sayını çoxaltmaq istəyirlər. Hər il bu şans ələ düşmür. Bizi yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. İnanıram ki, hamı üçün maraqlı oyun olacaq. İkinci dəfədir "Zirə" ilə oynayırıq. Hər iki komandanın oyunçularına uğurlar arzulayıram.

- Əvvəlki çempionluqlarla bunun arasında hansı fərqlər var?

- Həm mövsümdə bizim üçün üç turnir var - Premyer Liqa, kubok və avrokuboklar. Hər üçünü düşündüyümüz qədər qoruya bildiksə, bizim üçün avantajdı. Bəlkə də əvvəlki çempionluqları daha aqressiv qeyd etmişik. İndiki çempionluq daha sakitdi. Hər bir halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri çempion olmaqdı. Ona görə də digər çempionluqlarla bunun fərqi yoxdu. Çempionluğun sayını nə qədər çoxaltsaq, karyeramızda bir iz olur. Çempion adı həmişə dəyərlidi.

- Növbəti mövsüm üçün Azərbaycan futbolu və klublarına nə arzulayırsınız?

-Bol-bol uğurlar, sağlam rəqabət.

- Lunyovun menecerinin açıqlamaları ilə bağlı hüquqi addım atmağı düşünürsünüz?

- Qətiyyən yox. Bizim üçün narahat olacaq nüans yoxdur. İşimiz, nəticələrimiz göz qabağındadı. Hansısa fikirlərə görə klubun imicini aşağı salmağa ehtiyac yoxdu. İnsan addım atanda öz xalqını düşünür. İşimizi görürük. Bizə qarşı o qədər təxribatlar olub. Belə şeylərə vaxt ayırmağa bizim zamanımız yoxdu.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC