Elmar Baxşıyev: "Rəhbərlik mənə 1 il artıq müqavilə təklif edirdi, razılaşmadım"

“Araz-Naxçıvan” Premyer Liqanın son turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra mətbuat konfransında görüş haqda düşüncələrini bölüşməklə başlayıb.

- Bilirdik ki, son matçdı, "Qarabağ"a qarşı oynayırıq. Azarkeşlər üçün maraqlı oyun oldu. Qalib gələ də bilərdik, uduza da. Komandamı təbrik edirəm. Qarşıdakı günlərdə rəhbərliklə danışığınız olacaq. Ona uyğun hərəkət edəcəyik.

- Mətbuatda s"Araz-Naxçıvan"dan gedəcəyiniz, əcnəbi baş məşqçinin gələcəyi ilə bağlı xəbərlər var. Bugünkü nəticə ilə həmin xəbərlərə cavab verdiyinizi düşünmək olar?

- Təzyiqləri "Qəbələ"də də hiss etmişəm. Tələbim o olub ki, 2 aylıq müqavilə bağlayaq, komandanı tanıyım. Rəhbərlik mənə 1 il artıq müqavilə təklif edirdi, razılaşmadım. Çünki bu çempionatı başa vurmaq lazımdı. Mətbuat məni göndərməyə çalışır. Əlbəttə ki, rəhbərliyin sözü önəmlidi.

- İşinizə avam etmək fikriniz var?

- Mənim də tələblərim var. Daha iddialı komanda görmək istəyirəm. Tələblərim yerinə yetirilsə, bu layihə mənə uyğundu. "Qəbələ" necə söz sahibi idimsə, burda da 2 ay ərzində sözüm komandanın üstündə olub. Yenə də görüş hər şeyi aydın edəcək. Ümid edirəm ki, təkliflərim də klub üçün maraqlı olacaq.

- "Qəbələ"nin aşağı liqaya düşməsinə məyus oldunuz?

- Çox məyus oldum. Futbolçuların klubdan ayrılmasına daha çox məyus olmuşdum. Futbol onu göstərir ki, hər şeyin qədrini bilmək və oyunçuları komandada saxlamaq önəmlidi. Riskə getdik, bu da özünü doğrultmadı. "Qəbələ" köklü klubdu. İnanıram ki, 1 il sonra onları yenidən Premyer Liqada görəcəyik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC