"Təəssüf ki, Avropa Liqasına vəsiqə qazana bilmədik və buna görə bütün azarkeşlərdən üzr istəyirəm!" - Matias

"Neftçi"nin legioneri Yuri Matias “İnstagram”dakı şəxsi hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, braziliyalı müdafiəçi komandasının avrokuboklara vəsiqə qazana bilməməsi barədə yazıb: "Daha bir mövsüm sona çatdı! Təəssüf ki, Avropa Liqasına vəsiqə qazana bilmədik və buna görə bütün azarkeşlərdən üzr istəyirəm! Allaha şükürlər olsun ki, daha bir mövsüm zədəsiz keçdi! Başımı dik tutaraq irəliləyirəm və həmişə daha çox, daha yaxşısını etmək axtarışındayam!".

Qeyd edək ki, "Neftçi" Premyer Liqanin XXXVI turunda "Sabah"a evdə 0:1 hesabıyla uduzaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və avrokuboklara yollana bilməyib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC