"Turan Tovuz" yeni bazasını layihələndirir, təbii ota keçidlə bağlı çalışmalara start verib

“Yeni bazayla bağlı hələlik layihələndirmə mərhələsindəyik. Amma akademiyamızda nəhayət ki, qanunvericiliyin tələblərinə uyğun olan bütün prossesləri uğurla həyata keçirdik. Bu üzdən bazamızla bağlı tikinti işləri sürətlənəcək”.

Bu fikirləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Pressssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının da iştirak etdiyi brifinqdə deyib. 

O, Tovuz şəhər stadionunda işıq dirəklərinin yenidən qurulması yönündə iş getdiyini diqqətə çatdırıb. Quliyev həmçinin təbii ot örtüyünə keçidlə bağlı çalışmalara da start verdiklərini vurğulayıb: “Bu məsələylə bağlı AFFA-ya da müraciət etmişik. Onlarla birgə bu işi həyata keçirmək istəyirik. Çünki tək öz büdcəmizlə və ya yalnız asossiasiyanın dəstəyi ilə həll olunan məsələ deyil. Əlbəttə ki, sünidən təbii qazona keçid vaxt aparan və çox vəsait tələb edən  işdi. Buna görə də AFFA ilə birgə bunun öhtəsindən gələcəyimizi düşünürəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC