"Qəbələ" 6 futbolçunu yola saldı - RƏSMİ

"Qəbələ" 6 futbolçusu ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə 2023-2024-cü illər mövsümünün sonunda başa çatan müqavilələr uzadılmayıb.

2020-ci ildən “qırmızı-qara” formada çıxış edən toqolu Akakpo 30 oyunda 3 qol vurub. 2023-cü ildə “Qəbələ”yə keçən belçikalı Allaşın hesabında 56 görüşdə 10 top var.

Ötən yay “Qəbələ”yə qoşulan israilli Xalayla 40 (10 qol), braziliyalı Afriko 35 (1 qol), nigeriyalı Ayzaya 26 (1 qol) matçda forma geyinib. Bu qış “qırmızı-qaralar”ın heyətinə qayıdan mozambikli Bauk 13 qarşılaşmada 1 qola sevinib.

Xatırladaq ki, Misli Premyer Liqasını sonuncu yerdə başa vuran "Qəbələ" yeni mövsümdən I Liqada çıxış edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC