"Bunu bacara bilsək, Avropa çempionatında daha uzağa gedə bilərik"

Minifutbol üzrə Azərbaycan milli komandası iyunun 1-dən 9-dək Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatında iştirak edəcək.

Presssport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev turnirdən öncə Bakı keçirilən məşqdən öncə sualları cavablandırıb:

- Hazırlığınız necə gedir?

- İki aydır başlamışıq. Azərbaycan çempionatının finalı olduğunu görə məşqləri fasilələrlə keçirdik. Hər şey qaydasındadır, komanda yaxşı vəziyyətdədir. Sabah axırıncı məşqimizdir. Heç bir problemimiz yoxdur. Bizi çətin oyunlar gözləyir. Düşünürəm ki, keçdiyimiz hazırlığın bəhrəsini görəcəyik.

- Qrupda rəqibiniz dəyişdi. Avstriyanın yerinə Belçika gəldi. Bu, hazırlığınıza necə təsir edəcək?

- Ağır qrupa düşmüşük, işimiz asan deyil. Biz dünya reytinqində 2-ci yerdəyik. Ən güclü komandalardan biri də bizik, iddialıyıq. Qrupu zədəsiz keçmək istəyirik. Qrupun vəziyyəti çox şeyə aydınlıq gətirəcək. Rəqiblərdən Fransa və İtaliyanı təhlil etmişik. Yaxşı komandalardı. Amma zəif tərəfləri də var. Bunların üzərində işləyirik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək.

- Rəqiblərlə müqayisədə millimizin üstün tərəfi hansılardır?

- Biz daha sürətliyik, daha texnikalı komandayıq. Bu üstünlüklərimizdən daha yaxşı istifadə etməliyik.

- Qrup oyunlarında rəqiblərdən nələrisə gizlətmək mümkündür?

- Gizlətmək deməzdim. Çalışmaq lazımdır ki, daha az güc itirək. Bunu bacara bilsək, daha uzağa gedə bilərik.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?

- Hədəf ancaq finaldır. Çünki biz artıq Avropa çempionuyuq. Düşünürəm ki, finala çıxa bilərik.

- Avropa çempionu olmuş komanda ilə hazırkı komanda arasında necə müqayisə aparardız?

- 2022-ci ildə Avropa çempionu olmuşuq. Həmin heyəti müqayisə etmək istəməzdim. Bu heyətimiz də çox güclüdür. Komandaya yeni oyunçular cəlb etmişik. Böyük üstünlüyümüz odur ki, Azərbaycan çempionatı yüksək səviyyədə keçdi. Monteneqroda yaxşı turnirdə iştirak edib çempion olduq. Məncə, 2022-ci illə müqayisədə daha da güclənmişik. Futbolçularımız neçə ildir ki, yarışlarda iştirak edirlər. Ona görə də özlərini meydançada daha rahat hiss edirlər (sportal.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC