"Zirə"lini "Zirə"li əvəzlədi - millidə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Presssport.az xəbər verir ki, “Zirə”nin oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb. Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.

Xatırladaq ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz orada Qazaxıstan, Türkiyə və meydan sahibləri ilə qarşılaşacaq.

4 iyun

20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC