"Qəbələ" Tsxadadze ilə bağlı yekun qərar verdi

"Qəbələ” baş məşqçisi Kaxaber Tsxadadze ilə yeni müqavilə imzalayıb. 

Presssport.a z xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub. 

Sxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaq.

Sxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC